AÇIL BAŞIMDAN!
AÇMADIĞI QAPI QALMAMAQ (QOYMAMAQ)
OBASTAN VİKİ
Belqradın qapıları
Belqradda 23 ədəd qapı yerləşmişdir. == Qala qapıları == === Yuxarı şəhər qapıları === Kalemegdanda yuxarı şəhərin divarlarında bir çox qapılar vardır. === Aşağı şəhər qapıları === === Xarici şəhər qapıları === Xarici şəhər qapıları olduqları xarici şəhər divarları ilə birlikdə indiki vaxtda dağıntı vəziyyətindədir. Yalnız köhnədən qalma yerləri göstərən lövhələr qalmışdır.
Cəhənnəm qapıları
Cəhənnəm qapıları (türkm. Derveze) — Türkmənistanda yerləşən qaz krateridir. Ərbənt aulundan 90 km məsafədə yerləşir. Kraterin diametri 60 metr, dərinliyi təxminən 20 metrdir. == Tarixi == 1971-ci ildə sovet geoloqları Türkmənistanın Darvaza kəndinin yaxınlığında yeraltı qazların toplaşdığı yer aşkar etmişdilər. Qazma işləri nəticəsində qeoloqlar yeraltı boşluqla qarşılaşmışlar və nəticədə yer qatı ucaraq qaza dolu böyük çuxur əmələ gəlmişdir. Qazma qurğuları və nəqiyyat vasitələri çuxura düşmüş, buna baxmayaq insan tələfatı qeydə alınmamışdır. İnsan səhhəti üçün təhlükəli olan qazın ətrafa yayılmaması üçün, alimlər həmin qazları yandırmağı qərara alırlar. Geoloqlar hesab edirdilər ki, yanğın bir neçə günə sönəcək, lakin olnar səhv etmişdilər.1971-ci ildən indiyə qədər kratedən çıxan qazlar gecə-gündüz fasiləsiz olaraq yanmağa davam edir. 2004-cü ildə Darvaza kəndi ləğv edilmişdir.
Gəncə qapıları
Gəncə qapıları — XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdır. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılmış və hazırda bir tayı Gelati monastırında saxlanılır. == Tarixi == IX-XI əsrlərdə Azərbaycan ərazisinə slavyanların, erməni-gürcü və onları himayə edən Bizans qüvvələrinin, XI əsrdə alanların (1032-1033, 1062) qarətçi yürüşlərinin intensiv xarakter alması həmin dövrdə Şəddadilər dövlətinin paytaxtı olan Gəncənin hərbi qüdrətinin və şəhərin müdafiəsinin gücləndirilməsini tarixi bir zərurətə çevirmişdir. 1063-cü ildə Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə Gəncəyə dəmirçi İbrahim Osmanoğlu tərəfindən qala qapıları hazırlanmışdır. Qalanın ətrafı su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunmuşdur. Gəncə "İçəri şəhər", "Narınqala", "Bayır şəhər", "Şəhristan" və sənətkarlar məhəlləsi – "Rabad"-dan ibarət idi. Belə bölgü Şərqdə orta əsr şəhərləri üçün səciyyəvi hal idi. Gəncə qalası, yaxud iç qala üçün düzəldilmiş dəmir darvazanın üzəri döymə üsulu ilə naxış və ornamentlərlə bəzədilmişdir. Kufi xətti ilə işlənilmiş kitabədə darvazanın Şavurun əmri ilə hazırlanması, ustanın adı, düzəldilmə tarixi qeyd olunmuşdur. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədilə hücum etmiş gürcü çarı I Demetre tərəfindən Gürcüstana Gelati monastırına aparılmışdır.
Kilikiya qapıları
Kilikiya qapıları və ya Gülək boğazı (türk. Gülek Boğazı; bəzi mənbələrdə Külək boğazı, türk. Külek Boğazı) —Türkiyənin cənubunda, Tavr dağlarında Bolkar və Aladağlar silsilələri arasında, Anadolu yaylasında aşırım. Bu, ölkənin daxili hissələrini Aralıq dənizi sahilində Çukurova sahilyanı ovalığı ilə birləşdirir. Qədim dövrlərdən bəri Kiçik Asiyadan Suriyaya ən əlverişli yol olaraq bilir. Makedoniyalı İsgəndərin qoşunları, 1096–1099-cu illərin Birinci Səlib yürüşü zamanı səlibçilərin birləşmiş qüvvələri tərəfindən istifadə edildiyinə dair sübutlar var.. == Nəqliyyat infrastrukturu == Keçid boyu İstanbulu Bağdadla birləşdirən avtomobil yolları və dəmiryolu xətləri var. Dəmiryolu relsləri kanyonun dibində və dar çəpərlərində yerləşir, çoxsaylı tunellərdən keçir və sayca 80-ə yaxındır. Asfaltlanmış avtomobil yolu "E5" Avropa magistral sisteminin bir hissəsidir və yolun hərəkət hissəsinin eni təxminən 7–9 metrdir. "Kilikiya qapıları"nın şimal hissəsində yol Pozantı yaşayış məntəqəsinə qədər dəmiryolu xəttinin yanında çəkilirdi, lakin cənubda Külək dərəsi boyunca Gülək aşırımından (1275 metr) keçir və dəmir yolundan qərbə doğru təxminən 15 km kənara çıxır.
Nomentan qapıları
Nomentan qapıları (lat. Porta Nomentana) - Romada Avrelian divarının qapıları. Nomentan yolu bu qapılardan başlayırdı. Müasir Piy qapılarından 75 metr cənub-şərqdə yerləşən bu şəhər qapılarının qalıqları divarla örtülmüşdür və hal-hazırda onun ancaq kərpic örtüyü və sağ yarımdairəvi qülləsi görünür. Qapıların sol qülləsi 1827-ci ildə dağıdılmışdı.
Piy qapıları
Porta Pia (lat. Porta Pia) — Romanın Avrelian divarının şimal-şərq tərəfindəki qapılar. Nomentan yolunda yerləşən bu qapıları Mediçi ailəsindən olan Roma papası IV Piy tikdirmişdi. Qapılar sökülmüş Nomentan qapılarının (lat. Porta Nomentana) yerində ucaldılıb. Vazariyə inansaq, bu qapılar Mikelanceloya aid sonuncu memarlıq proyekti olmuşdular. Mikelancelo qapıların layihəsi üçün 3 variant təqdim etmişdi və pontifik, onlardan ən ucuzunu seçərək sifarişi təsdiqləmişdi. 1561–1565-ci illərdə memar Cakomo del Dukanın nəzarəti altında tikilən fasad, hətta manyerizm üçün belə həddən artıq olan qeyri tipik detallarla bəzənib. Buna görə də onu "əbədi şəhərin" girişinin üzərində teatr pərdəsinə bənzədirlər. Təəssüf ki, qapılar üzərində işin sonunu Mikelancelo görə bilməmişdi.
Xulda qapıları
Xulda qapıları — (İbranicə: שערי חולדה, Sha'arei Hulda) Hasmona dövründə Qüds Məbədi kompleksinə aparan Yerusəlimin Köhnə Şəhərinin Qapılarından biri idi və Mişnada belə adlandırılmışdır. Bu termin hazırda Qüdsün Köhnə Şəhərində yerləşən, xeyli genişləndirilmiş Herodian Məbədi dağının bir hissəsi kimi tikilmiş Xulda qapıları kimi tanınan Üçlü Qapı və Qoşa Qapı kimi iki sonrakı qapı dəstinin qalıqları üçün istifadə olunur. Hər iki darvaza dəsti Məbədin Cənub Divarına qoyulmuşdu və yeraltı tağlı rampalar vasitəsilə Məbədin dağının esplanadasına çıxış imkanı vermişdi. Hər ikisi orta əsrlərdə divarlarla əhatə olunmuşdu. Qərb dəsti qoşa tağlı qapıdır (Qoşa Qapı), şərq hissəsi isə üç tağlı darvazadır (Üçlü Qapı). Qapıların xaricində və içərisində görünən bir neçə Herod memarlıq elementi hələ də var, halbuki bu gün gördüyümüz digər şeylərin əksəriyyəti sonradan, müsəlman dövrünə aid əsərlərdir. "Xulda qapıları" adı Mişnadakı Məbəd dağının təsvirindən götürülmüşdür. Ad üçün iki mümkün etimologiya verilir: "Xulda" ibrani dilində "köstəbək" və ya "siçan" deməkdir və bu qapılardan çıxan tunellər bu heyvanların istifadə etdiyi dəlikləri və ya tunelləri xatırladır. Alternativ olaraq, mümkün xalq etimologiyasında, Birinci Məbəd peyğəmbəri Xuldanın bu ərazidə məhkəmə apardığı və həqiqətən də onun məzarının bəziləri tərəfindən burada qoyulduğu deyilir. Alimlər arasında qəbul edilən rəy belədir ki, Mişnanın təsviri Hasmona dövründə Məbəd dağının müqəddəs ərazisinə aiddir.
Ədalət qapıları
"Ədalət qapıları"(pyesi) — İki pərdədən ibnarət pyes. 1926-cı ildə "Bakı fəhləsi kooperativ nəşriyyatı" tərəfindən Bakıda nəşr olunub. Əbdürrəhim bəy Haqverdiyev tərəfindən 1921-ci ildə qələmə alınan pyes iki pərdədən ibarətdir. Sovet dövründə qələmə aldığı ilk pyeslərdə olduğu kimi burada da yazıçı feodalizmi tənqid edir. Əsərdə monarxiya rejimindəki xalqların problemləri əks olunur. Yazıçı pyesdə ölkələrin birində dövləti ədalətsiz idarə edən şahın acı sonunu təsvir edir. Özünü ədalətli görən şah cəza metodlarını insanlara tətbiq edir. Bu ağır cəzaların qurbanları arasında öz qızının sevgilisi də var. Qızının bütün təkidlərinə baxmayaraq onu edam etməyə qərar verir, lakin xalqın reaksiyası ilə qarşılaşır və taxtdan salınır. Beləliklə, ölkədə dinc günlər başlayır.
Alan qapıları (Qafqaz)
Dəryal keçidi — Gürcüstanla Rusiya sərhədində, Böyük Qafqazın Yan silsiləsinin kəsişməsində Terek çayının kanyonu. Üç km məsafədə çayın hövzəsi üzərində qayalar 1000 metr hündürlüyə yüksəlir. Dəryal keçidindən hərbi-gürcü yolu keçir. Buranın qədim adları Qafqaz darvazaları və Alan qapıları idi. İkinci adı erkən orta əsrlərdə Baş Qafqaz silsiləsindən keçən bu mühüm dağ yoluna sahib olan alanların adı ilə bağlıdır.
Alan qapıları (tağ)
Alan qapıları (tağ) (inquş Ала́ной ков) — Qədim Alan sivilizasiyasının və onun nümayəndələrinin xatirəsinə qədim İnquş qülləsi memarlığı üslubunda inşa edilmiş İnquşetiya Respublikasının paytaxtı Maqas şəhərinin zəfər giriş qapıları.. == Tikilməsi == Monumental memarlıq quruluşu - "Alan Qapısı" tağlı tavanla bağlanan iki yan və bir mərkəzi qüllədən ibarətdir. Qüllələr hər metrdə 13 santimetr daralır. Qüllə binalarının hər iki tərəfində, ikinci mərtəbədən tağın üstünə gedən spiralvari bir pilləkən var. Burada şəhərə, Barışıq qülləsinə və Qafqaz dağlarının əzəmətli qulləsinə baxan müşahidə göyərtəsi var. Qüllələrin hündürlüyü 18 metrə çatır və bir qüllənin kənarından digərinin uzaq sərhədinə qədər olan qapının eni 24 metrdir. Tağın tavanlarının üstündə, Maqasın gerbi hər iki tərəfdəki divarlara hörülmüşdür. Tağın ön giriş tərəfində, qüllələrin dayaqlarının qarşısında heykəllər var. Hər qüllədə üç heykəl qoyulub. Yan tərəfində qədim İnquş döyüşçülərinin heykəlləri - ölkənin mühafizəçiləri və əsas qoruyucularının heykəlləri yerləşir.
Cəhənnəm qapıları (Roden)
Cəhənnəm qapıları (fr. La Porte de l'Enfer) – fransız heykəltaraş Ogüst Rodenin italyan şair Dante Aligyerinin poeması "İlahi Komediya"nın ilk hissəsi olan "Cəhənnəm"dən bir səhnəni təsvir edən monumental əsəri. Heykəlin hündürlüyü 6, eni 4, dərinliyi isə 1 metrdir. Əsərin üzərində 180 fiqur var. Fiqurların tutduğu sahə 15 santimetrdən 1 metrə qədər dəyişir. Onların bir neçəsi Roden tərəfindən qəlibləşdirilib. == Tarixi == 1880-ci ildə Roden özünün başlıca sifarişini – məşhur "Cəhənnəm qapıları"nı yaratmaq tapşırığını aldı. Bu həlledici an idi – sifariş sübut edirdi ki, fransız rəsmi dairələri heykəltaraşlıqdakı yaradıcı cəhdlərə o qədər də düşmən deyildir. Bu özünü həmçinin rəssamlıqda da dəfələrlə göstərmişdi. Ona verilən tapşırıq Dantenin "İlahi komediyası" mövzusunda dekorativ həllin dizaynını vermək idi.
Qoşa qala qapıları
Qoşa qala qapıları və ya Şamaxı qapısı – Bakı qalasının şimal divarında yerləşən qapıdır. Şamaxıdan gələn qədim karvan yolu üzərində yerləşdiyinə görə Şamaxı qapısı adlandırılmışdır. Qoşa qala qapıları daxildən İçərişəhərin Böyük Qala və Kiçik Qala küçələrinin, xaricdən isə Əziz Əliyev və İstiqlaliyyət küçələrinin kəsişmə nöqtəsində yerləşir. Qoşa qala qapılarından biri XII əsrdə III Böyük Mənuçöhrün sifarişi ilə Bakı qalası inşa edilərkən, ikincisi isə XVII əsrdə — Şah I Abbasın hakimiyyəti dövründə Zülfüqar xanın sifarişi ilə inşa edilmişdir. 1796-cı ildə Bakı xanı Hüseynqulu xan şəhəri təslim edərək qalanın açarını Rusiya imperiyasına təhvil vermişdir. Şəhərin ruslar tərəfindən ələ keçirilməsindən sonra 1809-cu ildə Bakı qalasının planı tərtib edilmişdir. 1883-cü ildə qala divarlarının ikinci sırasının sökülməsi zamanı Zülfüqar qapısı Şamaxı qapısının yanına köçürülməsinə qərar alınmış və 1886-cı ildə köçürülmə tamamlanmışdır. Qoşa qala qapılarında üç dəfə təmir və bərpa işləri aparılmışdır. İlk təmir işi Rusiya imperiyası dövründə — 1864-cü ildə həyata keçirilmişdir. İkinci dəfə qala qapılarında möhkəmləndirmə və bərpa işləri Azərbaycan SSR dövründə — 1952–1957-ci illərdə həyata keçirilmişdir.
Ədalət qapıları (pyes)
"Ədalət qapıları"(pyesi) — İki pərdədən ibnarət pyes. 1926-cı ildə "Bakı fəhləsi kooperativ nəşriyyatı" tərəfindən Bakıda nəşr olunub. Əbdürrəhim bəy Haqverdiyev tərəfindən 1921-ci ildə qələmə alınan pyes iki pərdədən ibarətdir. Sovet dövründə qələmə aldığı ilk pyeslərdə olduğu kimi burada da yazıçı feodalizmi tənqid edir. Əsərdə monarxiya rejimindəki xalqların problemləri əks olunur. Yazıçı pyesdə ölkələrin birində dövləti ədalətsiz idarə edən şahın acı sonunu təsvir edir. Özünü ədalətli görən şah cəza metodlarını insanlara tətbiq edir. Bu ağır cəzaların qurbanları arasında öz qızının sevgilisi də var. Qızının bütün təkidlərinə baxmayaraq onu edam etməyə qərar verir, lakin xalqın reaksiyası ilə qarşılaşır və taxtdan salınır. Beləliklə, ölkədə dinc günlər başlayır.
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi — Gəncə şəhərində yerləşən 2014-cü ildə istifadəyə verilmiş muzey kompleksi. == Haqqında == Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin inşasına 2012-ci ilin yanvarında başlanılmışdır. Kompleks 2014-cü ildə fəaliyyət göstərməyə başlayıb. Tarixi Gəncə qalasının beş qapısı olmuşdur. Yaradılmış abidə kompleksi şəhərin "Məqbərə qapısı" adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılmış, ətrafında park salınmışdır. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılmışdır. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Bakıdan gələn yolun sağ cinahında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması əks olunmuşdur.